yayım siqnalı

Teleradio proqramlarını və əlavə informasiyaları ötürən elektromaqnit dalğaları

yayım kanalı
yayım təşkilatının verilişi
OBASTAN VİKİ
Yayım
Yayım — audio və ya video məzmunun hər hansı bir elektron kütləvi kommunikasiya vasitəsilə elektromaqnit spektrindən istifadə edilərək auditoriyaya paylanması. Yayım ilk dəfə 1920-ci ildə vakuum borulu radioverici və qəbuledicilərin yayılması ilə populyarlaşaraq istifadəyə verilən AM radiosu ilə başladı. Bundan əvvəl, elektron rabitənin əksər tətbiqlərində (erkən radio, telefon və teleqraf) mesaj sadəcə tək bir alıcı üçün nəzərdə tutulmuşdu. "Yayım" termini əkinçilik üsulu kimi tarlaya toxum səpmək ifadəsindən ilhamlanaraq yaranmışdır. Daha sonra çap məhsulları və ya teleqraf vasitəsilə məlumatın geniş yayılmasını təsvir etmək üçün qəbul edildi. Fərdi stansiyanın çoxsaylı dinləyicilərə "birdən çox" radio ötürülməsi üçün tətbiqi nümunələri hələ 1898-ci ildə ortaya çıxmışdı. Hava üzərindən yayım adətən radio və televiziya ilə əlaqələndirilir, baxmayaraq ki, son zamanlar həm radio, həm də televiziya yayımları kabel (kabel televiziyası) vasitəsilə yayılmağa başlayıb. Qəbul edən tərəflərə geniş ictimaiyyət və ya nisbətən kiçik alt qrup daxil ola bilər. Məsələ ondadır ki, müvafiq qəbuledici texnologiya və avadanlıq (məsələn, radio və ya televizor) olan hər kəs siqnalı qəbul edə bilər. Yayım sahəsinə həm ictimai televiziya və radio və icma radiosu kimi hökumət tərəfindən idarə olunanlar, həm də özəl kommersiya radiosu televiziyası daxildir.
"Wow!" siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. == Texniki detallar == Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Rəqamsal yayım
Rəqəmsal distribusiya, həmçinin onlayn distribusiya və ya elektron proqram təminatının distribusiyası — audio, video, e-elektron kitablar, video oyunlar və digər proqram təminatı kimi rəqəmsal media məzmununun fiziki daşıyıcı olmadan çatdırılması və ya distribusiyası. Termin ümumiyyətlə kağız, optik disklər və VHS video kassetləri kimi fiziki distribusiya üsullarından yan keçərək internet kimi onlayn çatdırılma mühiti üzərində distribusiyanı təmin etmək üçün istifadə olunur. Şəbəkədə ötürmə qabiliyyətinin inkişaf etdirilməsi ilə XXI əsrdə onlayn distribusiya "Amazon Video" və "Netflix" kimi platformalarla məşhurlaşmışdır.
SOS siqnalı
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Tüstü siqnalı
Tüstü siqnalı uzun məsafəli rabitənin ən qədim formalarından biridir. Bu, uzaq məsafədə istifadə olunan vizual ünsiyyət formasıdır. Ümumiyyətlə, tüstü siqnalları xəbərləri ötürmək, təhlükə siqnalı vermək və ya insanları ümumi əraziyə toplamaq üçün istifadə olunur. Qədim Çində Böyük sədd boyunca əsgərlər bir-birlərini düşmən basqını barədə xəbərdar etmək üçün onun mayak qüllələrinə tüstü siqnalları göndərirdilər. Tüstünün rəngi hücum edən düşmən tərəfinin ölçüsünü bildirirdi. Mayak qüllələrini müntəzəm olaraq yerləşdirməklə və hər qüllədə bir əsgər yerləşdirməklə ismarıclar səddin bütün 7300 kilometrinə ötürülə bilərdi. Tüstü siqnalları həmçinin hücum barədə daxili qalaları xəbərdar edərək, müdafiə və qarnizonu dəstəkləyən qoşunları əlaqələndirməyə imkan verirdi. Qədim Şri-Lankada dağ zirvələrində yerləşən əsgərlər zirvədən zirvəyə işarə edərək bir-birlərini yaxınlaşan düşmən hücumu (ingilislər, hollandlar və ya portuqallar) barədə xəbərdar edirdilər. Bu yolla onlar bir neçə saat ərzində Krala mesaj ötürə bildilər. Tüstü siqnalından sui-istifadənin eramızdan əvvəl 8-ci əsrdə Qərbi Çjou sülaləsinin süqutuna səbəb olduğu məlumdur.
Vau! siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Wow! siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Yayım jurnalistikası
Yayım jurnalistikası — Köhnə metodlarla “yayımlanan” medianın əvəzinə müasir üsullar ilə translyasiya olunan qəzet və afişalar kimi xəbərlər və jurnallar sahəsidir. Yayım metodlarına radio (hava, kabel və İnternet vasitəsilə), televiziya (hava, kabel və İnternet vasitəsilə) və İnternet daxildir. Belə media şəkillər (statik və hərəkətli), vizual mətn və səslər vasitəsilə yayılır. Yayımlanan məqalələr “paketlər”, “oxucular”, “səsləri” (VO) və “lentdəki səs” (SOT) şəklində yazıla bilər. “Xülasə" xəbərlərin ümumi və qısa icmalı üçün düzəldilmiş bir video çarxdır və əsasən televiziyada işlədilir.Reortyor tərəfindən təqdim olunur. Səs, video,qrafika və effektlərdən istifadə olunur. "Qiraətçi" - video və ya səslə müşayiət olunmadan məqalə oxuyan şəxsə deyilir. Bəzən "ekranda rəqəmsal qrafik”-də təsvir olunur. Voice-over ya da VO, aparıcı tərəfindən təqdim edilən səsli və görüntülü yayımdır. Sound on tape ya da SOT, müsahibə səsidir.Ümumi bir müsahibəni və ya bir neçə müsahibənin önəmli hissələrini təşkil edir Radio yayım jurnalistikası üçün ilk vasitə idi.
Kömək siqnalı
Kömək üçün siqnal və ya məişət zorakılığı halında yardım siqnalı — bir əllə verilə bilən beynəlxalq universal yardım siqnalıdır. Bu jest video zəng zamanı və ya şəxsən bir əllə göstərilə bilər və başqalarına təhlükə hiss etdiyinizi və köməyə ehtiyacınız olduğunu bildirə bilər. Siqnal COVID-19 pandemiyası zamanı tətbiq edilən özünütəcrid tədbirləri ilə bağlı bütün dünyada məişət zorakılığı hallarının artması ilə mübarizə üçün bir vasitə kimi yaradılmışdır. Bir siqnal vermək üçün əlinizi qaldırmalı, baş barmağınızı ovucunuza basmalı, sonra digər dörd barmağını əyərək simvolik olaraq sıxılmış baş barmağını onlarla tutmalısınız. Siqnal, asanlıqla görülə bilməsi üçün bir mövqedə tutulan işarə kimi deyil, əlin tək, davamlı hərəkəti kimi xüsusi hazırlanmışdır."Kömək üçün siqnal" 14 aprel 2020-ci ildə Kanada Qadınlar Fondu tərəfindən təqdim edilmişdir. Tezliklə Beynəlxalq Qadın Maliyyələşdirmə Şəbəkəsi (WFN) tərəfindən tanındı və bütün dünyaya yayıldı. O , artan məişət zorakılığı hallarının müasir həllini təmin etməkdə kömək etdiyinə görə yerli milli və beynəlxalq xəbər təşkilatları tərəfindən bəyənilib. Bu jestdən istifadə edən şəxsi görsəniz, onunla digər kanallar (mətn mesajları və ya e-poçt kimi) vasitəsilə əlaqə saxlamalı və bir sözdən ibarət “bəli” və ya “yox” cavabını tələb edən suallar verməklə problemin nə olduğunu öyrənməlisiniz. ”, və yalnız siqnalçı aydın şəkildə tələb etdikdə təcili yardım xidmətləri ilə əlaqə saxlayın. Təhlükə ilə üzləşən hər kəs üçün vahid həll yolu yoxdur.
Avropa Yayım Birliyi
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Avropa Yayım İttifaqı
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
UEFA Çempionlar Liqasının yayım siyahısı
2018 FİFA Dünya Kuboku yayım hüquqları
FİFA bir neçə şirkətin aracılığı ilə 2018 FİFA Dünya Kubokunun yayım haqlarını çeşidli yerli kanallara satdı.
Hava həyəcanı siqnalı ilə (film, 1940)